Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çempionat bizim üçün çətin olacaq'' - Ayxan Abbasov

''Çempionat bizim üçün çətin olacaq'' - Ayxan Abbasov

Tarix: 24 Avqust 2019 22:28

"Yeni mövsümdə evdə ilk oyunumuz idi. Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik. Bizim günümüz deyildi. Çempionat bizim üçün çətin olacaq. Çalışmaq lazımdır. Hesabda geri düşdük, sistemi dəyişdik. Oyunumuz dağıldı. Bu gün fərdi səhvlərimizi çox oldu".

Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 2-ci turunda "Səbail"ə 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, növbəti tur qarşılaşacaqları "Neftçi"nin favorit olduğunu söyləyib: "Neftçi"də problem görmürəm, çempionluğa oynayırlar. Məğlubiyyəti unudub həmin görüşə hazırlaşmalıyıq. İnamsız danışıram? Nə deyim? Deyim ki, udacağıq? Rəqib çempionluğa oynayır, bu vəziyyətdən çıxacaqlarını düşünürəm. Hər çempionat başlayanda sonuncu yerdə "Sumqayıt"ı görürlər. Ancaq biz də çalışırıq ki, öz sözümüzü deyək".

 


Etiketlər:  Çempionat bizim üçün çətin olacaq Ayxan Abbasov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ