Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dırnağa çəkilən lak və dodaq boyası dəstəmaz və qüslə manedirmi?

Dırnağa çəkilən lak və dodaq boyası dəstəmaz və qüslə manedirmi?

Tarix: 9 Noyabr 2021 23:40

Dəstəmaz və qüsul alarkən əsas məsələ suyun dəstəmaz üzvünə təmas etməsidir. Əgər hər hansı bir şey buna əngəl olursa qüsl və dəstəmaz tamamlanmamış sayılır. Lak və dodaq boyası suyun dırnaq və dodaqlara təmasına əngəl olduğu üçün həm dəstəmaza, həm də qüsla manedir. Bu kosmetik vasitələri istifadə edən xanımlar mütləq dəstəmaz və qüsl almadan öncə aidiyyəti üzvlərini təmizləməlidirlər.

Bu mövzuda ümumi qayda belədir: dəstəmaz və qüsl alarkən suyun dəriyə təması labüddür. Kosmetik vasitələri də bu qaydaya uyğun istifadə etmək lazımdır.


Etiketlər:  Dırnağa çəkilən dodaq boyası dəstəmaz qüslə manedirmi


RƏYLƏR