Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2021 08:27
"Yoluxma hallarının sayının azalmasına baxmayaraq, dünyada qızılca xəstəliyinin yayılma riski artmaqda davam edir".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) birgə dərc etdiyi yeni hesabatda bildirilib.
Hesabatda qeyd olunub ki, 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən 22 milyondan çox uşaq qızılca peyvəndinin ilk dozasını buraxıb ki, bu da 2019-cu illə müqayisədə 3 milyon çoxdur: "Bu, son iki onillikdə ən böyük artımdır və xəstəliyin yeni ocaqları üçün təhlükəli mühit yaradır. Buna baxmayaraq, eyni zamanda, əvvəlki illə müqayisədə 2020-ci ildə qızılcaya yoluxma hallarının sayı 80%-dən çox azalıb".