Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ötən gün toylara görə daha 10 nəfər cərimələnib

Ötən gün toylara görə daha 10 nəfər cərimələnib

Tarix: 12 Noyabr 2021 11:54

Noyabrın 11-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 73 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, monitorinq 65 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 97 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Milli.Az


Etiketlər:  Ötən gün toylara görə daha 10 nəfər cərimələnib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ