Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2021 12:14
Noyabrın 10-da ölkə üzrə 402 ictimai iaşə obyektində 690 monitorinq keçirilib.
Sonxeber.net Manset.az-a istinadən bildirir ki, AQTA tərəfindən keçirilən monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küç., ev 13 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus restoran;
2. Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi pr., ev 20 ünvanında yerləşən, hüquqi şəxs "XS-500 Group" MMC-yə məxsus "Atlantis" restoranı.
Qeyd edək ki, AQTA tərəfindən cərimələnən "Atlantis" restoranı Azərbaycan Respublikasının keçmiş Hərbi Komissarı və millət vəkili, general-leytenant Əliağa Hüseynova məxsusdur