Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA “Qalatasaray” – “Lokomotiv” oyunu ilə bağlı qərarını açıqladı

UEFA “Qalatasaray” – “Lokomotiv” oyunu ilə bağlı qərarını açıqladı

Tarix: 12 Noyabr 2021 19:36

Avropa Liqasında qrup mərhələsinin IV turunun "Qalatasaray" - "Lokomotiv" (Moskva) oyunu ilə bağlı UEFA qərarını açıqlayıb.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, qitə futbol qurumu Türkiyə klubunun şikayətini rədd edib.

"Sarı-qırmızılılar" qayda səhvinə görə, rusiyalılara texniki məğlubiyyət verilməsini istəsə də, UEFA bununla razılaşmayıb.

Qeyd edək ki, isveçrəli baş hakim Sandro Şerer 1:1 hesabı ilə başa çatan İstanbuldakı qarşılaşmada "Lokomotiv"in futbolçusu Dmitri Jivoqlyadova iki dəfə sarı vərəqə göstərsə də, onu meydandan qovmayıb.


Etiketlər:  UEFA Qalatasaray Lokomotiv oyunu ilə bağlı qərarını açıqladı


RƏYLƏR