Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İradə İbrahimova qızı İpəyin görüntülərini paylaşdı - FOTOlar

İradə İbrahimova qızı İpəyin görüntülərini paylaşdı - FOTOlar

Tarix: 12 Noyabr 2021 20:15

Müğənni İradə İbrahimova qızı İpəyin görüntülərini paylaşıb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi qızının 12-ci doğum günü olduğunu qeyd edib. İradə paylaşıma bu sözləri yazıb:

"İpəyim, dünyaya gəlişinlə məni necə dəyişdirdiyini, məni mən etdiyini, əslində, sənə qədər cəsarətsiz, küsəyən, inadkar, "əsla"ları olan, həyata təktərəfli dar pəncərədən baxan balaca qızcığaz olduğumu, bilgisizliyimlə, öyrənməyə olan aclığımla, qüsurlarımla, xətalarımla üz-üzə gəlməyi daha öncə tanımadığım nəvaziş və cəsarətlə tanış olduğumu düşündüm. Gələcəyin üçün təbiətimə zidd belə olsa, səssiz, az danışan, soyuq, utancaq tərəflərimi bir yana qoyub, danışmağı sual verib öyrənməyin yollarını axtarmağa başladım. Atan hələ də bəzən bir çox şeyin "ağını çıxar"dığını gözəl bir dillə dilinə gətirir. Çox vaxt bunun ətrafdakı insanlar tərəfindən də yaxşı qarşılanmadığını da qəbul edirəm. Bütün bunlara baxmayaraq sən məni gözəl, yaxşı olan hər şeylə tanış etdin. Sayəndə mükəmməlliyin deyil, uğursuzluğun böyüməyə və dəyişməyə sövq etdiyini öyrəndim.

Yeni dünyanı görməyə başladım. Bəzən zalın mərkəzini işğal edən "Barbie" evin, gəlinciklərin üçün, evcik oynadığımız günlər üçün çox darıxıram. Lakin  bilirəm ki, sən məni keçmişə deyil, gələcəyə doğru itələyib, daha gözəl yaxşı  tərəflərə doğru yönləndirən açıq bir qapım olacaqsan. Çünki azyaşlı olmağına baxmayaraq aldığın məsuliyyət, əzm, düşüncələrindən yola çıxsam əgər, bu dünyada öz yerini almağa nə qədər qərarlı olduğunu açıq-aydın görürəm. Daha çox öyrənərək  sizi sıxmadan, çox bezdirmədən necə yol, qayğı-diqqət göstərəcəyimin yollarını axtarmağa söz verirəm. Bu balaca yollarla gələcəyimiz olan övladlarımıza bu dünyanı daha gözəl bir məkana çevirməyin çıxış yolunu tapmaq diləyilə".

Qeyd edək ki, sənətçi uzun illərdir Ceyhun İzər adlı türk vətəndaşı ilə evlidir. Onların bu evlilikdən bir qızı və bir oğlu var.


Etiketlər:  İradə İbrahimova qızı İpəyin görüntülərini paylaşdı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ