Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anasından küsən yeddi yaşlı qız pedofilin qurbanı oldu

Anasından küsən yeddi yaşlı qız pedofilin qurbanı oldu

Tarix: 14 Noyabr 2021 00:34

Anasından küsdükdən sonra itkin düşən yeddi yaşlı uşaq pedofilin qurbanı olub. Qorxunc hadisə Rusiya paytaxtında yaşanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, birinci sinif şagirdi, anası ilə dalaşdıqdan sonra mobil telefonunu götürmədən uşaq meydançasını tərk edib, bundan sonra yoxa çıxıb. Könüllülərin və polisin axtarışı nəticəsində o, elə həmin axşam dükanların birində yad kişinin yanında tapılıb. Uşaq anasına qaytarılıb.

Polisin qızcığazla söhbətindən məlum olub ki, kişi uşağa qarşı cinsi zorakılıq edib.

40 yaşlı şübhəli saxlanılıb. Hadisə ilə bağlı istintaqa başlanılıb.

Milli.Az


Etiketlər:  Anasından küsən yeddi yaşlı qız pedofilin qurbanı oldu


RƏYLƏR