Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2021 23:18
Vergi Məcəlləsinə əsasən, fiziki şəxsə icarə haqqı vergiödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə, icarəyə götürən şəxslər ödəmə mənbəyində (14 faiz dərəcə ilə) vergini hesablayaraq, dövlət büdcəsinə ödəyirlər.
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla bildirir ki, icarə haqqını ödəyən şəxs vergiödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergiödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq "Gəlir vergisinin bəyannaməsi"ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.
Eyni zamanda, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq bütün vergiödəyicilərinin vəzifəsidir. Əmlakın icarəyə verilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə və hər ay üzrə icarə xidmətlərinin nəticələrinə dair təhvil-təslim aktları ilə sənədləşdirilə bilər.
Qeyd olunub ki, vergi hesabatını və ya Vergi Məcəlləsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergiödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.