Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2021 09:36
Misirdə koronavirusa qarşı vaksinasiyanın sürətləndirilməsi məqsədilə paytaxt Qahirədəki metro stansiyalarında peyvənd məntəqələri yaradılıb.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri Xalid Əbd əl-Qaffarın sözlərinə görə, analoji məntəqələr dəmiryol vağzalları və ticarət mərkəzlərində də fəaliyyətə başlayacaq.
Qeyd edək ki, noyabrın 15-dən etibarən Misirdə peyvənd olunmayan dövlət qulluqçuları iş yerlərinə buraxılmayacaq. Dekabrın 1-dən isə vaksinaisyadan keçməyən ölkə vətəndaşlarının dövlət müəssisələrinə girişi qadağan ediləcək.