Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Liverpuldakı terroru törədən şəxsin kimliyi açıqlandı

Liverpuldakı terroru törədən şəxsin kimliyi açıqlandı

Tarix: 16 Noyabr 2021 08:14

İngiltərənin Liverpul şəhərində yerləşən "Liverpool Woman's Hospital"ın qarşısında törədilən terror aktı ilə bağlı yeni məlumatlar açıqlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisənin 32 yaşlı Emad Al Svealmeen tərəfindən törədildiyi müəyyənləşib.

Məlumata görə, bir nəfərin ölümü, bir nəfərin isə yaralanmasına səbəb olan hadisə ilə bağlı 4 nəfər saxlanılıb.

Yerli polis partlayışı törədən və bu zaman ölən Al Svealmeenin qeydiyyatda olduğu ünvanı müəyyənləşdirdiyini, hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.

Partlayış taksi xəstəxanaya yaxınlaşdığı zaman baş verib.

O, sərnişin tərəfindən avtomobilə partlayıcı qurğunun gətirildiyini, daha sonra isə avtomobildə baş verən partlayış nəticəsində bu şəxsin öldüyünü qeyd edib.

Bildirilib ki, hadisənin motivinin nə olduğu hələlik məlum deyil. Partlayışla bağlı 20 yaşlı dördüncü şəxs saxlanılıb.

Qeyd edək ki, "Liverpool Woman's Hospital"ın yaxınlığında baş verən hadisədə bir nəfər ölüb, bir nəfər yaralanıb.

Milli.Az


Etiketlər:  Liverpuldakı terroru törədən şəxsin kimliyi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ