Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baki-Sumqayıt yolunda avtomobillə vurulan qadının onurğası əzilib

Baki-Sumqayıt yolunda avtomobillə vurulan qadının  onurğası əzilib

Tarix: 16 Noyabr 2021 08:22

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Baki-Sumqayıt yolunda qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Hüseynova Ellada Əlihüseyn qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ bazu sümüyünün və onurğanın əzilməsi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Baki Sumqayıt yolunda avtomobillə vurulan qadının onurğası əzilib


RƏYLƏR