Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2021 19:54
Ağcəbədi rayonu Qaraxanlı kəndinin minə yaxın sakini uzun illərdir ki, təbii qaz üzünə həsrət qalıb. Onların bildirdiyinə görə 1-ci Qarabağ müharibəsinə qədər kəndə təbii qaz verilib, lakin, müharibə zamanı boruların zədələnərək sıradan çıxması nəticəsində maye qazın verilməsində problem yaradıb. O gündən indiyədək sakinlər təbii qazın nə olduğunu unudublar. Qışın soyuğunda evlərini isitmək üçün odun sobalarından istifadə edən sakinlər, yeganə ümid yerləri meyvə ağacları olur. Qarlı qışda soyuqdan donmamaq üçün, ağacları qırıb odun tədarükü edən sakinlərə bu da bəs etmir. Həm maddi həm mənəvi əziyyət çəkən sakinlər aya 200 manat ödəməklə odun əldə edirlər. Lakin, heç bu da onların dərdinə dərman ola bilmir. Uzun illərdən bəri qaz sarıdan çəkdikləri çətinliklərə son qoymaq üçün və bu qışı rahatlıqla keçirmək üçün verlişimizə müraciət etmək qərarına gəliblər.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, yaranmış problemlə bağlı Azəriqaz İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəsi Eldəniz Vəliyev sözügedən ərazi ilə bağlı artıq göstərişin verildiyini bildirdi. O, yaxın müddət ərzində kəndə təbii qazın verilməsinə başlanacağını söylədi.
İndi sakinlərin gözləməkdən başqa bir çarəsi yoxdur. Ümid edirik ki, işıqlandırdığımız məsələ yaxın bir vaxtda öz həllini tapar..