Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Emil Balayev uğurlu seriyanı davam etdirdi

Emil Balayev uğurlu seriyanı davam etdirdi

Tarix: 26 Avqust 2019 11:24

"Tobol"da çıxış edən millimizin üzvü Emil Balayev Qazaxıstan Premyer Liqasında 429 dəqiqədir ki, qapısından qol buraxmır.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, 24-cü turda "Atırau" ilə matçda (2:0) da qapısını toxunulmaz saxlayıb. 25 yaşlı qolkiper bu göstəricidə hazırda ilk pillədə qərarlaşıb. O, sonuncu dəfə iyulun 28-də "Kaysar"la görüşdə qol buraxıb.

Qeyd edək ki, bu mövsümün rekordu da məhz E.Balayevə məxsusdur. O,  683 dəqiqə qapısına toxunulmaz saxlamışdı.

Xatırladaq ki, Qazaxıstan çempionatları tarixində ən uzun seriyaya isə 921 dəqiqə ilə 2005-06 mövsümündə "Kayrat"da oynayan Sergey Boyçenko imza atıb.

 


Etiketlər:  Emil Balayev uğurlu seriyanı davam etdirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ