Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2021 23:06
Antidepresant qrupunun (selektiv serotoninin geri alınması inhibitorlar-SSRI) qəbulu COVID-19 xəstələrində ölüm riskini azaldır.
Sonxeber.net xəbər verir ki, bu qənaətə Kaliforniya və Stenford universitetlərinin alimləri apardıqları araşdırmaların nəticələrinə əsasən gəliblər.
Alimlər ABŞ-da 500 min xəstənin tibbi qeydlərindən alınan məlumatları təhlil ediblər. Onlardan 83,5 mininə 2020-ci ilin yanvar-sentyabr aylarında koronavirus diaqnozu qoyulub. Bu qrupda 3,4 min nəfərə antidepresantlar təyin edilib.
Nəticədə müəyyən olunub ki, fluoksetin (SSRI qrupundan olan dərman) qəbul edənlərdə ölüm riski nəzarət qrupuna nisbətən 28% azdır. Fluoksetin və ya fluvoksamin (başqa bir SSRI dərmanı) qəbul edənlərin riski 26% aşağı olub.
Eyni zamanda, alimlər qeyd ediblər ki, koronavirusdan ölüm hallarını azaltmaq üçün antidepresanların istifadəsinin effektivliyini yalnız geniş miqyaslı randomizə olunmuş klinik sınaqlardan sonra təsdiqləmək mümkün olacaq. /medicina.az