Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli komandaların oyununda cadu iddiası

Milli komandaların oyununda cadu iddiası

Tarix: 18 Noyabr 2021 08:24

DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsi çərçivəsində keçirilən Əlcəzair - Burkina Faso matçında maraqlı hadisə yaşanıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Əlcəzair yığmasının rəsmiləri Burkina Faso tərəfinin matçın keçiriləcəyi stadiona cadu etdiyini iddia edib. Bu barədə "DzFoot" nəşrinin jurnalisti Valid Ziani məlumat yayıb.

Əlcəzair millisinin nümayəndələri stadiona imam çağırıb və cadunu pozmaq üçün dua oxutdurub.

Qeyd edək ki, sözügedən qarşılaşma 2:2 hesabıyla başa çatıb.


Etiketlər:  Milli komandaların oyununda cadu iddiası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ