Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ fırıldaqçı erməni ailəsini axtarır

ABŞ fırıldaqçı erməni ailəsini axtarır

Tarix: 18 Noyabr 2021 08:58

ABŞ-da koronavirus xəstələrinə yardım fondunun vəsaitini mənimsəyən erməni ər-arvad barədə qiyabi hökm çıxarılıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Riçard Ayvazyan 17 il, arvadı Rita Terabelyan isə 6 il azadlıqdan məhrum ediliblər.

Lakin təqsirləndirilən şəxslərin tapılması mümkün olmadığı üçün hökm qiyabi çıxarılıb. ABŞ-ın Ədliyyə Nazirliyindəki mənbə bildirib ki, tərəflər bank dələduzluğu və çirkli pulların yuyulmasında ittiham edilirlər. Hökmü elan edən hakim Ayvazyanı "qanuna hörmət etməyən qəddar fırıldaqçı, dələduzluğu məharət hesab edən şəxs" kimi xarakterizə edib.

Məlum olub ki, cütlük bir müddət əvvəl elektron qandalları açaraq yoxa çıxıb. Polis onların yerini deyən şəxsə 20 000 dollar mükafat vəd edib.


Etiketlər:  ABŞ fırıldaqçı erməni ailəsini axtarır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ