Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan üçün ölüm-qalım QƏRARI - Rusiya çarəsizliyini ETİRAF ETDİ

Paşinyan üçün ölüm-qalım QƏRARI - Rusiya çarəsizliyini ETİRAF ETDİ

Tarix: 18 Noyabr 2021 14:16

Ermənistan 44 günlük müharibədən sonra ikinci dəfə sarsıldı. Növbəti dəfə düşmən tərəfinin hiyləsi, planı iflasa uğradı. Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı törətdiyi genişmiqyaslı təxribatlar bir daha rəsmi İrəvanın regionda sülhə, sabitliyə başlıca əngəl olan tərəf olduğunu sübut etdi. 

Quyruğu qapı arasında qalan kimi əsl sahibinin kimliyi də üzə çıxan Ermənistan, bu dəfə də ənənəni pozmadı. Amma Vətən müharibəsi zamanı olduğu kimi bu dəfə də Ermənistanın hökümət üzvlərinin, səfirinin və digər diplomatik korpus nümayəndələrinin Rusiyadan, onun rəhbəri olduğu KTMT-dən Azərbaycana hərbi müdaxilə etmək üçün ünvanladığı müraciətlər, yalvar-yaxır havada qaldı. Beləcə, Qərbin oyununa gedən revanşist qüvvələrin növbəti planı doğulmamış öldü. 

Genişmiqyaslı təxribatların baş verdiyi günün axşamı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun erməni və azərbaycanlı həmkarlarıyla telefon danışıqlarından sonra atəşkəs elan olundu ki, məhz bəzi məqamlar da bundan sonra ictimiyyət üçün daha da aydınlaşmağa başladı. 

Paşinyanın uzun zənglərindən sonra nəhayət Kremlin rəhbəri dəstəyi qaldırdı. Lakin artıq Moskva sükutu ilə İrəvana lazımı mesajı vermişdi. Buna kimi Azərbaycan Ordusunun Ermənistanın cənub-şərq sərhədlərinə soxulduğunu iddia edən Nikol Paşinyan Putinlə telefon danışığından sonra fərqli fikirlər səsləndirməyə başladı: "Azərbaycanın nəzarətində olan Ermənistan torpaqlarının ərazisi (ölçüsü) artmayıb".

Adətən ermənipərəst mövqeyi və bəyanatları ilə diqqət çəkən Rusiya XİN sözçüsü Mariya Zaxarovanın dünənki bəyanatı isə Paşinyanı yuxudan ayıldan son sillə oldu deyə bilərik. M.Zaxarovanın "Son hadisələr Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası prosesinə tez bir zamanda başlanmasının vacibliyini təsdiq edir. Rusiya vasitəçilik səylərini davam etdirir" açıqlaması Paşinyana Azərbaycanın şərtləri ilə razılaşmaqdan başqa yollarının qalmadığını, zamanın erməni baş nazirin əleyhinə işlədiyinə bir işarə idi.

Rusiya bununla adətən İrəvana "Bəyanatdan yayınmağa cəhd etsən aqibətin bundan betər ola bilər" mesajı verdi. Zaxarovanın bu açıqlamasından bir daha aydın olur ki, Rusiya da Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməyindən və artıq bunun onlarda vərdişə çevrilməsindən heç də məmnun deyil. Noyabrın 16-da Ermənistanın zibil konteynerlərinə etiraz əlaməti olaraq KTMT bayrağı yapışdırdıqları Rusiyadan onun rəhbərlik etdiyi KTMT-dən kömək üçün, Azərbaycana hərbi müdaxilə üçün ardı-arası kəsilməyən yalvarışlarının perspektivsiz qalmasının təfərrüatı Zaxarovanın bu bəyanatından sonra bir qədər də aydınlaşdı. 

Bəlkə də elə bu səbəbdən Paşinyan dərhal "İrəvan Rusiyanın sərhədlərin delimitasiyası ilə bağlı təklifi ilə razılaşır" deməklə Moskvaya mesajını qəbul etdim, razıyam, - cavabını verdi. Ermənistan baş nazirinin yenidən bu gün etdiyi açıqlamaların dünənkilərlə sinxronluq təşkil etməsi özünü xilas etmək üçün son çıxış yolu ola bilər.

Bu gün hökumətin toplantısında "Dünən, bəyanatımdan sonra, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı təkliflərlə çıxış etdi. Rusiya MN-nin təklifləri İrəvan üçün məqbuldur. Müdafiə naziri Suren Papikyana tapşırdım ki, rusiyalı həmkarı ilə danışaraq təfərrüatları aydınlaşdırsın. Demarkasiya və delimitasiyanı Rusiyanın təklifləri əsasında həyata keçirməyə cəhd göstərəcəyik" deyən Paşinyanın açıqlamasından belə aydın olur ki, Arşak Karapetyanın əvəzinə təyin etdiyi yeni müdafiə nazirini birbaşa proseslərə qoşmaqla növbəti təxribat ehtimalları olacağı təqdirdə özünü xilas üçün zəmin hazırlamağa çalışır. Bununla da erməni baş nazir həm ölkə daxilində, həm də Rusiya qarşısında divident qazanmaq, "vurulmaq" təhlükəsini özündən sovuşdurmaq üçün Papikyanı ön plana çıxarmağa çalışır.

Nəzərə alsaq ki, Ermənistanın yeni müdafiə naziri Suren Papikyan hərb sahəsində naşı olmaqla yanaşı 2013-2015-ci illərdə yazdığı statuslar sosial şəbəkələrin erməni seqmentində son günlərin əsas gündəminə çevrilib və həmin ststusların mahiyyətində anti-Rusiya çağırışları ("Mən "Gömrük İttifaqı"na qarşıyam, rusofiliya, köləliyə qarşıyam. Yaşasın müstəqil və suveren Ermənistan!", "Hərbi müttəfiq", lənət olsun sənin müqəddəs torpaqlarımıza ayaq basdığın günə"  - red.) dayanır, o zaman Qərbin sifarişlərini yerinə yetirmək üçün Ermənistan silahlı qüvvələrindən növbəti təxribatların olacağı istisna edilmir.

Son sərhəd gənginliyi bir daha göstərdi ki, Azərbaycanın böyük dövlətlərdən və beynəlxalq təşkilatlardan dəstək gözləməsinə ehtiyac yoxdur, yetər ki, bizə mane olmasınlar. Lakin Türkiyənin mənəvi dəstəyi rəsmi Bakının qərarlarında olduqca əhəmiyyətlidir. Son hadisələr zamanı Türkiyənin müdafiə naziri Hulusi Akarın verdiyi mesajlar digər dövlətlərə xəbərdarlıq idi ki, Azərbaycanı təkləməyə cəhd etməsinlər, əks təqdirdə Türkiyəni qarşılarında görəcəklər. 

Əgər bu dəfə də Paşinyan sərhədlərin müəyyənləşməsiylə bağlı (delimitasiya, demarkasiya) Bakı ilə danışıqlardan qaçsa, Azərbaycan Ordusunun sərhədin strateji nöqtələrində möhkəmlənməsindən başqa alternativi qalmayacaq. 16 noyabr gərginliyindən sonra hazırda Mehri, Gorus, Qafan, Sisiyan və digər yaşayış məntəqələrini birləşdirən yolları Azərbaycan orsusunun nəzarətindədir.

Hadisələrin axarı onu göstərir ki, rəsmi Bakı növbəti dəfə Ermənistanı və havadarlarını başa saldı ki, Azərbaycanla zarafat etmək dövrü arxada qalıb. Belə ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin 44 gün savaşın daha faciəli yekunundan xilas üçün imza atdığı bəyanatdakı sözə və şərtlərə əməl etməkdən başqa yolu qalmayıb.

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Paşinyan üçün ölüm qalım QƏRARI Rusiya çarəsizliyini ETİRAF ETDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ