Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polisə yalan məlumat verən şəxs saxlanıldı - FOTO

Polisə yalan məlumat verən şəxs saxlanıldı - FOTO

Tarix: 20 Noyabr 2021 09:38

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Tovuz rayon sakini Daşqın Ələsgərov noyabrın 19-u səhər 06:30 radələrində Bərdə RPŞ-yə müraciət edərək rayon ərazisindəki Mal bazarı adlanan ərazidə olarkən iki naməlum şəxsin ona bıçaqla xəsarət yetirməsi və 11 min manat pulunu cibindən aparması barədə məlumat verib.

Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində D.Ələsgərovun 11 min manat məbləğində borclu olduğu, borcu qaytarmamaq üçün isə naməlum şəxslərin ona xəsarət yetirməsi və pulu qaçırması barədə yalan məlumat verdiyi müəyyən edilib.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Polisə yalan məlumat verən şəxs saxlanıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ