Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2021 18:22
Binəqədi rayonunda qeydiyyatda olan bir qrup sakin qəribə vəziyyətlə üzləşib. Belə ki, onların qeydiyyatda olduqları mənzillərdə vaxtı ilə məcburi köçkünlər məskunlaşdığından sakinlər digər ərazilərdə yaşamaq məcburiyyətində qalıblar. Məcburi köçkünlər həmin binadan köçürüldükdən sonra, 5 mərtəbəli bina sökülüb. Mənzillərin həqiqi sahibləri bununla bağlı kompensasiya tələb etsələr də, istəkləri hələ ki, nəticəsiz qalıb.
Paytaxtın Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən, qəzalı vəziyyətdə olan yataqxananın sökülməsi həmin binada qeydiyyatda olan sakinləri narazı salıb.
Belə ki, keçmiş Sənaye Tikinti Nazirliyinin 4 nömrəli tresti, işçilərini mənzillə təmin etmək üçün sözügedən ünvandakı binanı öz vəsaiti hesabına satın alıb. Lakin 1993-cu ildə binada məcburi köçkün ailələri məskunlaşdığından, bu şəxslər öz evlərinə köçə bilməyiblər. 3 il əvvəl isə buradakı məcburi köçkünlər yeni mənzillərlə təmin edilib. Qəzalı vəziyyətə düşən bina isə bu il sökülüb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, şikayətçilər bildirir ki, illərdir yataqxanada qeydiyyatda olduqları halda onlara kompensasiya verilmir.
Binəqədi rayon İcra Hakimiyyətindən "XəzərXəbər"ə bildirildi ki, 3 saylı yataqxana binasının 2018-ci ildə qəzalı vəziyyətdə olması müəyyən edilib. Yataqxana binasında məskunlaşmış 86 qaçqın və məcburi köçkün ailəsi isə oradan köçürülüb. Rayon İcra hakimiyyətindən o da bildirilidi ki, order almış və yataqxanada ümumiyyətlə yaşamamış şəxslərin problemləri ilə əlaqədar aidiyyəti qurumlara müraciət edilib. O ki qaldı kompensasiya məsələsinə bununla bağlı sakinlər yazılı şəkildə icra hakimiyyətinə müraciət etməlidirlər.
Əmlak məzəsələri üzrə ekspert Ramil Osmanlı isə hesab edir ki,sakinlər üzləşdikləri problemi məhkəmə yolu ilə də həll edə bilərlər.
Qeyd edək ki sökülən yataqxanın yerində 9 mərətəbəli yaşayış binasının tikilməzi nəzərdə tutulub.