Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Abort üçün istifadə olunan preparat xərçəngi müalicə edir

Abort üçün istifadə olunan preparat xərçəngi müalicə edir

Tarix: 20 Noyabr 2021 20:16

Hamiləliyin pozulması üçün istifadə olunan mifepriston preparatı xərçəng əleyhinə təsirə malikdir. Bunu Çin alimləri aşkar ediblər.

Xarici mətbuatın məlumatına görə, alimlər tərəfindən aparılan araşdırmalar göstərib ki, mifepriston süd vəzi xərçənginin gecikmiş mərhələləri zamanı çox effektlidir.

Alimlər siçanlar üzərində eksperimentlər aparıblar. Eksperimentlər göstərib ki, mifepriston xərçəng hüceyrələrinin bölünməsi və yaşaması üçün vacib olan zülala təsir edir. Nəticədə xərçəng hüceyrələrinin inkişafı ləngiyir.

Alimlər eksperimentləri davam etməyi planlaşdırırlar.

Milli.Az


Etiketlər:  Abort üçün istifadə olunan preparat xərçəngi müalicə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ