Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2021 11:39
Koronavirusdan sağalan şəsxlər orqanizmin bərpası üçün qida rasionuna xüsusi fikir verməlidirlər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu rusiyalı həkim-terapevt və infeksionist Fəllahi Nurcahan bəyan edib.
O, gündə 5-6 dəfə, lakin kiçik porsiyalarla qidalanmağı məsləhət görüb.
"Toyuq, hind toyuğu, mal əti, yumurta kimi bol zülallı qidalar mütləqdir. Faydalı yağlar baxımından isə balıq və qoz-fındıq vacıbdir. Süd məhsulları təbii probiotiklər, dənli bikilər, meyvə-tərəvəz isə liflərlə zəngin olduğu üçün istifadə edilməlidir", -deyə həkim bildirib.
Terapevt və infeksionist, həmçinin gün ərzində 1.5-2 litr su içməyi də unutmamağı tövsiyyə edib.