Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2021 18:18
İran metrosunda qəza baş verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sərnişinlə dolu qatar yarım saat ərzində "Teatre-şəhr" stansiyası yaxınlığında tuneldə qalıb.
Hava çatışmazlığından boğulan insanlar qatarın pəncərələrini sındırıblar.
Qeyd edək ki, son zamanlar Tehran metrosunda texniki qəzalar adi hal alıb. Bu, təkcə noyabr ayı ərzində baş vermiş artıq ikinci qəzadır.
xatırladaq ki, noyabrın 6-da metropolitenin kömpüter sistemində yaşanan problemlər ucbatından qatarların hərəkət sürəti azaldılıb.
Metropolitenin icraçı direktoru etiraf edib ki, son dörd ildə qatarlar üçün bir dənə də olsun yeni detal alınmayıb. Onun sözlərinə görə, metropolitendə xarici istehsal ehtiyat hissələrinə kəskin ehtiyac var.