Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2021 14:52
"Legiya" Polşa çempionatında növbəti matçına çıxıb.
Sonxeber.net Offsideplus.az-a istinadən xəbər verir ki, Varşava təmsilçisi 15-ci turda "Gornik"lə qarşılaşıb. Mahir Emrelinin komandası 2:3 hesabı ilə uduzub.
Futbolçumuz meydana 46-cı dəqiqədə Tomas Pekhartın əvəzinə daxil olub və sonadək mübarizə aparıb. O, 56-cı dəqiqədə başla qol vursa da, hakim qeydə almayıb.Bu zaman ötürmə edən futbolçunun ofsaydda olduğu bildirilib.