Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2019 21:00
Bakı. Trend:
Nazirlər Kabineti “Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi”ni təsdiq edib.
Universitetdən Trend-ə verilən məlumata görə, müvafiq qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, Təhsil Nazirliyi Dövlət İqtisad Universitetinin (UNEC) “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirlərin görməsini təmin etməlidir.
Qeyd olunub ki, bu qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin