Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngə qalib gələn möcüzəvi giləmeyvə tapılıb

Xərçəngə qalib gələn möcüzəvi giləmeyvə tapılıb

Tarix: 23 Noyabr 2021 01:03

Avtraliyada xərçəngi tamamilə sağaldan möcüzəvi giləmeyvə tapıllıb.

Bu giləmeyvənin müalicəvi xüsusiyyətləri təsadüfən ortaya çıxıb, ancaq mütəxəssislər hesab edir ki, onun effektivliyi indiyədək məlum olan bütün dərmanlardan üstündür.

Preparat artıq xərçəng xəstələri üzərində sınaqdan keçirilib və müsbət nəticələr əldə edilib. Olduqca tez bir zamanda xərçəng hüceyrələrini məhv edən bu bitki "Fontainea picrosperma" adlanır.

Bir qrup araşdırmaçının diqqətini heyvanların böyük zövqlə bu bitkidən yediyi, ancaq çəyirdəyini atdığı cəlb edib. Alimlər heyvanların giləmeyvənin çəyirdəyini niyə tulladıqlarını öyrənmək üçün araşdırma aparmağa başlayıb və bu araşdırma əsnasında da giləmeyvənin çəyirdəyində yüksək sürətlə xərçəngi məhv edən maddə aşkar ediblər.

Sonrakı sınaqlar üçün giləmeyvənin çəyirdəyindən toxumlar götürülərək istifadə olunmağa başlayıb və preparat EBC 46 adlandırılıb.

Şəkildəki itdə şişin ağır forması var idi. Qeyd edilən preparatın cəmi 15 gün ərzində müntəzəm şəkildə yeridilməsindən sonra qorxunc xəstəlikdən əsər-əlamət qalmayıb. Alimləri dərmanın orqanizmə təsiretmə sürəti olduqca təəccübləndirib. Belə ki, preparatın şişə təsirindən 5 dəqiqə sonra şiş balacalaşmağa başlayıb.

Preparat eyni zamanda xəstə insan üzərində də sınaqdan keçirilib və çox uğurlu nəticə əldə edilib. Dəri melanomasından əziyyət çəkən qadın bu dərman vasitəsilə sağalıb.

Lakin möcüzəvi giləmeyvədən hazırlanan bu dərman yalnız xərçəngin ilkin mərhələsində - metastaz orqanizmə yayılmadan effektiv təsir göstərir.

Hazırda alimlər dərmanın optimizə edilməsi üzərində çalışırlar. Hesab edilir ki, bu, bir çox insanın tamamilə sağalması və həyatını davam etdirməsi üçün şans olacaq.


Etiketlər:  Xərçəngə qalib gələn möcüzəvi giləmeyvə tapılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ