Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus bu ölkəni çökdürür - Morqlar dolduğundan, meyitlər dəhlizlərdə qalıb

Koronavirus bu ölkəni çökdürür - Morqlar dolduğundan, meyitlər dəhlizlərdə qalıb

Tarix: 23 Noyabr 2021 12:46

Rumıniyada koronavirusa görə artan ölüm halları pik həddə yüksəlib. Morqlarda yer olmadığından meyitlər xəstəxana dəhlizlərində qalıb.

Sonxeber.net xarici mediaya istinadən xəbər verir ki, qış aylarının gəlişi ilə Avropada koronavirus epidemiyası yenidən güclənib. Xəstəliklərin sayı sürətlə artmağa başlasa da, peyvənd nisbətinin azalması bu vəziyyətə yol açıb. Rumıniya dördüncü dalğanı ən ağır şəkildə yaşayan ölkələrdən biridir. Avropanın ən aşağı peyvənd göstəricilərindən birinə sahib olan ölkədə əhalinin yalnız 36 faizi koronovirusa qarşı peyvənd olunub.

ABŞ-da yerləşən CNN International ölkənin koronovirusla mübarizəsindəki son vəziyyəti öyrənmək üçün Buxarest Universitet Xəstəxanasına daxil olub. Xəstəxananın bir çox xidmətlərinin xəstələrlə ayaqlaşa bilmədiyi üçün korona xidmətinə çevrildiyi bildirilib. Xəstəxana meyitxanasının tutumunun 15 olduğu bildirilərkən, CNN International-ın ayrıldığı gün həyatını itirən 41 nəfərin cəsədinin dəhlizdə qaldığı qeyd edilib. Xəstəxananın tibb bacısı Klaudiu İonita CNN International-a deyib: "Bu peşəyə başlayanda belə bir şey yaşayacağımı heç düşünmürdüm".

Anar Əli


Etiketlər:  Koronavirus ölkəni çökdürür Morqlar dolduğundan meyitlər dəhlizlərdə qalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ