Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

Tarix: 24 Noyabr 2021 12:20

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Milli.Az xəbər verir ki, Noyabrın 23-də polis əməkdaşları tərəfindən respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az


Etiketlər:  Koronavirus xəstələri ictimai yerlərdə askar edilərək saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ