Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2021 15:30
Ermənistanın paytaxtı İrəvanda yenidən ölkənin Baş naziri Nikol Paşinyana qarşı etiraz aksiyası keçirilir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə "5165" hərəkatının tərəfdarları etiraz aksiyası keçirir və onlar aksiyaya İrəvan metrosundan başlayıblar.
Hərəkat nümayəndələri "Eritasardakan" stansiyasında hər iki istiqamətdə qatarların hərəkətini 9 dəqiqə ərzində dayandırıblar.
İştirakçılar aksiyanın davam edəcəyini bildirib və hər kəsi axşam Respublika Meydanında toplaşmağa çağırıb.
Qeyd edək ki, "5165" parlamentdənkənar partiyası və onun tərəfdarları noyabrın 22-dən İrəvanda Paşinyana qarşı etiraz aksiyası keçirirlər.