Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Spartak” “Napoli”ni məğlub yola saldı

“Spartak” “Napoli”ni məğlub yola saldı

Tarix: 24 Noyabr 2021 22:00

Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində 5-ci tura start verilib.

Sonxeber.net matc.az-a istinadən bildirir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

C qrupunda Rusiyanın "Spartak" (Moskva) klubu İtaliya təmsilçisi "Napoli"ni qəbul edib. Üç qolun qeydə alındığı oyunda qələbəni meydan sahibləri bayram ediblər.

Mərhələnin digər qarşılaşmaları sabah keçiriləcək. C qrupunun digər matçında azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi "Legiya" (Polşa) səfərdə "Lester Siti"nin (İngiltərə) qonağı olacaq.

Avropa Liqası
C qrupu, 5-ci tur
24 noyabr

"Spartak" (Moskva, Rusiya) - "Napoli" (İtaliya) 2:1
Qol: Sobolyov, 3-pen; 28 - E.Elmas, 64.
Moskva, "Spartak" stadionu.

Xal durumu: Spartak - 7, Napoli - 7, Legiya - 6, Lester Siti - 5.


Etiketlər:  Spartak Napolini məğlub yola saldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ