Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2021 11:22
Rusiyada Səhiyyə Sahəsində Nəzarət üzrə Federal Xidməti ("Roszdravnadzor") regional bölmələri peyvənd əleyhinə olan 37 şəxs haqqında məlumatları prokurorluğa və İstintaq Komitəsinə ötürüb.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, vaksinə qarşı olanlar media, sosial şəbəkələr və messencerlərin monitorinqi sayəsində müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 207.1 və 207.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Qeyd edək ki, RF Cinayət Məcəlləsinin 207.1-ci maddəsində vətəndaşların həyatı və təhlükəsizliyinə təhlükə yaradan hallar və ya əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün görülmüş tədbirlər haqqında bilərəkdən yalan məlumatların etibarlı məlumat adı altında ictimai yayılmasına görə məsuliyyət nəzərdə tutulur. 207.2-ci maddədə isə ağır nəticələrə səbəb olan ictimai əhəmiyyət kəsb edən bilərəkdən yalan məlumatın yayılmasına görə məsuliyyət nəzərdə tutulur.
"Qurum əsasən koronavirus infeksiyasına qarşı peyvəndin təhlükəsi barədə qəsdən yalan məlumatlar yayan tibb işçiləri ilə maraqlanır", - deyə "Roszdravnadzor"dan bildirilib.