Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hərbçi ilə ailə quran əməkdar artist izləyicisini polisə verdi

Hərbçi ilə ailə quran əməkdar artist izləyicisini polisə verdi

Tarix: 25 Noyabr 2021 11:55

Əməkdar artist Nigar Şabanova sosial şəbəkədə ona təhqir yazan izləyicisini polisə şikayət edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Son günlər açıqlaması və şəxsi həyatı ilə gündəmdən düşməyən Nigar bu dəfə sosial şəbəkədə ona şərh yazan istifadəçi ilə qalmaqal yaşayıb.

Belə ki, instaqramda səhifələrin birində Şabanova ilə bağlı paylaşılan yazıya həmin şəxs təhqir yazıb. Nigar bildirib ki, bununla bağlı polisə şikayət edib:

"Xəbər səhifələrinin bir neçəsində mənim ünvanıma lazımsız və təhqiramiz sözlər yazdığı üçün həmin adamı polisə verdim. Şərhi yazan izləyicini tapıb, qanun çərçivəsində cəzalandırdılar. Hər kəsə təşəkkür edirəm".

Milli.Az


Etiketlər:  Hərbçi ilə ailə quran əməkdar artist izləyicisini polisə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ