Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2021 15:10
Müğənni Əbdül Xalid ikinci dəfə ailə həyatı qurub.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Tam vaxtıdır" verilişində danışıb. O, ikinci qız övladının da dünyaya gəldiyini bildirib:
"Təklik yaxşı əlamət deyil. Tək qalmaq insanı uçuruma apara bilər. Müəyyən bir vaxt yaxşı olursan, sonra isə məhv olursan. Dörd il tək qaldım. İlk evliliyimdən Mədinə adlı qızım var. Bizə gəlir-gedir. Məndə elə bir şey var ki, keçmişi tez unuduram. Çox şükür yaxşıyam, xoşbəxtəm. Əsas hörmətdir. Sevgi anlamı mənim üçün yoxdur. Amma hörmət, biri-birinə qayğı, diqqət göstərmək hər şeydən üstündür".