Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2021 20:54
Şimali Koreyada adi vətəndaşlara ölkənin lideri Kim Çen Inın geyindiyi dəri palto geyinmək qadağan edilib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə ölkədəki vəziyyətdən xəbərdar olan mənbəyə istinadla məlumat yayılıb.
Məlumata görə, dəri paltolar şimali koreyalılar arasında 2019-cu ildə dövlət başçısının oxşar geyimdə ictimaiyyət qarşısına çıxmasından sonra populyarlaşıb.
2021-ci ilin yanvarında Kim Çen Inın hərbi paradda bu geyimdə görünməsindən sonra yenidən populyarlıq zirvəsinə çatıb.
Bundan əlavə, eyni zamanda, Koreya Xalq Demokratik Respublikasının bəzi digər yüksək rütbəli məmurlarının, o cümlədən Şimali Koreya lidernin bacısı Kim Yo Çjonun dəri palto geyindiyi görülüb, bununla əlaqədar olaraq, qadınlar arasında belə modellərə tələbat yaranmağa başlayıb.
Kim Çen Inın dəri paltoda daha bir ictimaiyyət qarşısına çıxışı 2021-ci ilin noyabrında baş tutub.