Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2019 12:21
İlk xəbər saat 12:05-də yayılıb
Bakı. Samir Əli - Trend:
Bakı şəhərinin Nərimanov rayonunda boya sexində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası vasitəsi ilə söndürülüb.
Bu barədə Trend Nazirliyə istinadən xəbər verir.
XXX
saat 12:05
Bakının Nərimanov rayonu ərazisində boya sexində yanğın hadisəsi baş verib.
Nərimanov Rayon İcra hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Heydər Əliyev prospekti, 133c ünvanında qeydə alınıb.
Həmin ünvanda yerləşən fərdi şəxsə məxsus boya sexində qəfil yanğın hadisəsi baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. Hələlik yanğın tam söndürülməyib. İlkin məlumata görə, hələlik hadisə zamanı xəsarət alan olmayıb.
Yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.
Bakı Nəqliyyat Agentliyi də baş verən bağlı məlumat yayıb.
Agentlikdən Trend-ə verilən məlumata görə, yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda “Ulduz” stansiyası ilə Heydər Əliyev prospektini birləşdirən Araz küçəsindən istifadə etməmələrini xahiş edilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin