Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2021 12:40
Müğənni Zerrin Özer xəstəxanalıq olub.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, ifaçı içdiyi dərmanlardan zəhərlənib.
Zerrinin intihara cəhd etdiyi iddia olunsa da, meneceri xəbərləri təkzib edib.
Bildirilib ki, Zerrinin iti öldükdən sonra əsəb sistemi pozulub. Ona verilən həblər isə zəhərlənməsinə səbəb olub.
Sənətçinin mədəsi yuyulub və hazırda səhhətinin yaxşı olduğu açıqlanıb.