Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sosial ödənişlərlə bağlı yoxlamaların müddəti necə tənzimlənir?

Sosial ödənişlərlə bağlı yoxlamaların müddəti necə tənzimlənir?

Tarix: 28 Noyabr 2021 21:48

Vergi Məcəlləsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergiödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq, faizlərin və maliyyə sanksiyalarının hesablanmış məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzuya aydınlıq gətirən iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, Vergilər Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir.

Ekspert qeyd edib ki, vergiödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması Vergi Məcəlləsində göstərilən müddətdə həyata keçirilir: "Maddədə diqqət yetiriləsi 3 mühüm məqam yer alıb. Birinci məqam odur ki, 3 illik müddət anlayışı vergiyə aid edilsə də məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına şamil edilmir. Yəni vergi orqanı 2020-ci ildə vergiödəyicisinin 3 ildən çox müddətə olan məcburi dövlət sosial sığortası ilə bağlı əməliyyatlarını yoxlaya bilər. Digər məqama əsasən vergi baxımından 3 illik müddət səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Üçünçü məqama görə isə vergiödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir".

A.Bayramov, həmçinin nəzərə çatdırıb ki, Vergi Məcəlləsinə əsasən, kameral vergi yoxlaması vergiödəyicisi tərəfindən nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Vergi orqanı vergiödəyicisinin təqdim etdiyi bəyannamə üzrə 30 iş günü müddətində əlavə vergi hesablaya bilər. Həmin müddət bitdikdən sonra vergi orqanının kameral vergi yoxlaması həyata keçirmək hüququ olsa da, əlavə verginin hesablanması aparılmır.


Etiketlər:  Sosial ödənişlərlə bağlı yoxlamaların müddəti necə tənzimlənir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ