Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2021 14:42
Kanadadakı göllərdən birində nadir təbiət hadisəsi müşahidə olunub.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, gölün üzəri milyonlarla kürəşəkilli buz parçalarıyla örtülüb.
Yerli sakinlərdən biri görüntüləri çəkərək paylaşıb.
Ekspert Vinsent Makfarley kürələrin gölün dibindən yuxarıya qalxdığını bildirib. O, buz parçalarının küləyin qarı suya sovurması nəticəsində yarandığını izah edib.
Makfarleyin sözlərinə görə, nadir rast gəlinən bu fenomenin baş tutması üçün gölün üzəri buz təbəqəsilə örtülməməli, lakin su kifayət qədər soyuq olmalıdır.