Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2019 16:20
Fransa millisinin sabiq yarımmüdafiəçisi Adil Raminin “Fənərbaxça”ya keçidi rəsmiləşib.
Qol.az kluba istinadən xəbər verir ki, 33 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. Klub transferin maddi dəyəri haqda açıqlama verməyib. Onunla müqavilə "Şükrü Saracoğlu" stadionunda imzalanıb.
Qeyd edək ki, Rami son 2 mövsümü “Marsel”də keçirib. O, 21 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.