Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Burun tutulmasının SƏBƏBLƏRi

Burun tutulmasının SƏBƏBLƏRi

Tarix: 30 Noyabr 2021 08:06

İnsanın burunla nəfəs alması fiziolojidir. Burnumuzda hava isinir, nəmlənir, tozdan və mikroblardan təmizlənir və daha sonra nəfəs yollarımıza daxil olur.

Əgər insan müxtəlif səbəblərə görə burunla yox, ağızla nəfəs alırsa və xüsusilə bu uzun müddət ərzində davam edirsə, bu insanın sağlamlığı üçün ziyanlıdır. Hava isinmir, təmizlənmir və bu da xəstəliklərin riskini artırır. Digər tərəfdən bu baş ağrılarına, yorğunluğa, hətta depressiyaya səbəb ola bilər.

Burun tutulması bəzi xəstəliklərin simptomu ola bilər.

- Soyuqdəymə xəstəliyi başlayanda burun əvvəl tutulur, daha sonra isə xəstənin burnundan qatı selik ifraz olunmağa başlayır. Bu hal adətən 1 həftəyə kimi davam edir və sonra keçir. Zökəmlə mübarizə aparmaq üçün burun damcılarından istifadə edilir. Damcılar müxtəlif olur. Belə damcıların müəyyən əks-göstərişləri mövcuddur ki, onları yalnız həkim təyin etməlidir.

- Əgər selik ifraz olunmur, lakin burun tutulub və insan burunla nəfəs ala bilmir, bu çox təhlükəli simptomdur. Bu sinusitlərin (haymorit, frontit və s.) əlaməti ola bilər. Bu zaman burun ətrafı sinuslarda (boşluqlarda) irin yığılır, insanın burnu tutulur, burun nəfəsalması pozulur. Sinusitlər ciddi xəstəliklərdir. Onlar antibiotiklərin köməyi ilə müalicə olunur.

- Əgər burun tutulub, selik isə ifraz olunmur, bu allergiyanın əlaməti ola bilər. Allergiyanın səbəbi toz, gül tozcuqları, qida, heyvanlar və s. ola bilər.

- Hormonal dəyişikliklər da burun tutulmasına səbəb ola bilər. Belə ki, hamiləlik zamanı bir çox qadınlar burun tutulmasından əziyyət çəkir.

- Ev havasının həddən artıq quru olması da burun tutulmasına səbəb ola bilər. Bu xüsusilə qışda, evdə istilik sistemləri işlədikdə baş verir.

- Damardaraldan damcılarla süi-istifadə də burun tutulmasına səbəb ola bilər.

- Anadangəlmə və qazanılmış burun çəpərinin əyriliyi burun nəfəsalmasına mane olur.

- Burun boşluğunda poliplər əmələ gələ bilər. Bu poliplər vaxt keçdikcə böyüyür və  burun boşluğunu tutur. Nəticədə insanın burun nəfəsalması pozulur.


Etiketlər:  Burun tutulmasının SƏBƏBLƏRi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ