Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2021 09:24
Səhər saatlarından etibarən Bakı metrosunda qatarların hərəkətində problem yaşanıb.
Sonxeber.net xəbər verir ki, problem səbəbindən qatarların intervalında gecikmələr müşahidə edilib.
Buna görə də stansiyalarda sərnişin sıxlığı yaranıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, ehtiyat qatarların dalana verilməsi intervalın yaranmasına səbəb olub.
"Ehtiyat qatarlar metronun "Memar Əcəmi" və "Neftçilər" stansiyasında dalana verildiyi üçün onların hərəkətində interval yaranır. Bu əməliyyat əsasən səhər saatlarında baş verir".