Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2021 14:18
Sabah Zaqatala və Balakən rayonlarına təbii qazın verilişində məhdudiyyətlər yanacaq.
Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, SOCAR-ın Qaz İxrac İdarəsinə məxsus "Zaqatala" və "Balakən" QPS-lərdə quraşdırılmış qaz qızdırıcı sobanın texnoloji hissəyə birləşdirilməsi ilə əlaqədar sabah dekabrın 1-də saat 09:00-da qaz təchizatı işlər bitənə qədər dayandırılacaq.
Qaz təchizatının dayandırılması Zaqatala (rayon mərkəzi və rayonun 10 kəndi) və Balakən rayonlarının (şəhər və rayonun 55 kəndi) bir hissəsini əhatə edəcək.
"Azəriqaz" müvəqqəti narahatlığa görə abunəçilərdən üzv istəyib.