Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2021 17:00
30 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, Mövlud Çavuşoğlu təlim uçuşları zamanı Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı dərin təəssüf hisslərini bölüşüb. Qəza nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Nazir Ceyhun Bayramov Mövlud Çavuşöğluya başsağlığına görə təşəkkür edib, qardaş Türkiyənin hər zaman Azərbaycanın kədərini və sevincini bölüşdüyünü vurğulayıb.
Nazir Ceyhun Bayramov öz növbəsində, İstanbulda baş verən qasırğa nəticəsində ölüm hallarının və yaralıların olması ilə bağlı kədərləndiyimizi həmkarının diqqətinə çatdırıb, təbii fəlakət qurbanlarının yaxınlarına səbr arzulayıb.