Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Cibim pul gördü, başladım evə gəlməməyə'' - Elçin

''Cibim pul gördü, başladım evə gəlməməyə'' - Elçin

Tarix: 30 Noyabr 2021 17:40

"Çox yaxşı uşaq olmuşam, amma 8-ci sinfə qədər: dərs oxuyan idim. Valideynlərim məktəbə gedəndə, müəllimlər deyirdilər gəlməyin, onunla bir problem yoxdur".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elçin Cəfərov "Özəl" proqramında deyib. Sənətçi uşaqlıda valideynlərini incitməsindən danışıb:

"Oğlan övladlarında bir yaşdan sonra dəyişmə olur. Məndə isə dəyişmə yox, lap dönmə oldu. 13 yaşımdan toylara getdim. Cibim bir az pul gördü. Bəlkə bunla bağlıdır, yolumu dəyişdim. Gecələr telefonu söndürürdüm. Bunlar məni incidən hadisələrdir. Çünki evdəkiləri incitmişəm. Bu gün hər şey yaxşıdır".

Elçin verilişlərdən də gileylənib. O bildirib ki, hər proqrama qatılmayacaq:

"Məni narahat edən suallar verən aparıcıların verilişinə getməyəcəm. Əvvəl o verilişlərdə iştirak edirdim, qıcıqverən sual deyirdilər. Ya kiməsə nəsə deməliyəm, ya da... Abrıma sığınıb cavab vermirdim. İndi səbrim tükənib. Ən yaxşısı getməyim".


Etiketlər:  Cibim gördü başladım evə gəlməməyə Elçin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ