Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2021 02:35
Müğənni Elnarə Xəlilova hərbçi həyat yoldaşı Dövlət Sərhəd Xidmətinin mayoru Rövşən Cahangirovun şəhidlərin vida mərasimində jurnalistlərə hücum çəkməsi ilə bağlı məsələyə reaksiya verib.
Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, həyat yoldaşı ilə paylaşdığı fotoya rəy bildirən izləyicisinə cavab verib. "Müəllim jurnalisti niyə vurub?" suallarını müğənni belə cavablandırıb:
"Heç kəs vurulmayıb, fakt yoxdur. Sadəcə kameranın önünə keçmə faktı var. Şər atdıqlarına görə cəzalarını çəkəcəklər".