Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dağılmış skleroz - CAVANLAR XƏSTƏLİYİ

Dağılmış skleroz - CAVANLAR XƏSTƏLİYİ

Tarix: 4 Dekabr 2021 08:36

Yayılmış skleroz qoca insanlarda inkişaf edən "skleroz"dan fərqli olaraq cavan insanlarda inkişaf edir.

Bu xəstəlik əksər hallarda 20-40 yaşlar arasında, bəzən hətta kiçik yaşlı uşaqlarda inkişaf edir. 50 yaşından sonra isə bu xəstəliyin riski azalır.

Hal hazırda bu xəstəlik kifayət qədər yayılmış sayılır və ildən ilə bu xəstəlikdən əziyyət çəkən insanların sayı artır. Yayılmış sklerozun əsas təhlükəsi ondan ibarətdir ki, bu xəstəliyin nəticəsində insan əlil qala bilər.

Yayılmış skleroz zamanı məlum olmayan səbəblərə görə immun sistemi hüceyrələri baş və onurğa beyinə daxil olur və burada yad hüceyrələrinə deyil, orqanizmin öz hüceyrələrinə hücum edir - sinir lifləri əhatə edən miyelin qişasını məhv edir. Bu yerlərdə çapıq toxuması əmələ gəlir ki, nəticədə burada beyindən orqanlara gedən sinir impulsların keçməsi pozulur. Bu isə insanda müxtəlif pozulmalara səbəb olur - ayaqlarda və əllərdə həssaslığın pozulması, keyimə hissi, hərəkətliliyin, görmənin, nitqin pozulmaları, davranışın və zehinin pozulması, sidik və nəcisin saxlamaması, ifliclər və s. Simptomlar müxtəlif ola bilər, vaxt keçdikcə simptomlar eyni insanda dəyişilə bilər, tam yox ola bilər və bir müddətdən sonra yenə əmələ gələ bilər.

Çapıq toxuması beyində müxtəlif yerlərdə yayılmış olur ki, məhz bu səbəbdən xəstəlik   "yayılmış skleroz" adlandırılır.

Maraqlıdır ki, cənub ölkələrlə müqayisədə şimal ölkələrində bu xəstəliyə daha tez-tez təsadüf edilir. Yayılmış skleroz avropalılar arasında daha yayılıb. Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik daha çox qeyd edilir. Lakin qadınlarda bu xəstəliyin gedişatı daha yüngül olur. Şəhər sakinlərində bu xəstəliyə daha tez-tez təsadüf edilir.

Bu xəstəliyin dəqiq səbəbi tibdə məlum deyil. Xəstəliyin risk faktorları arasında:

- irsiyyət

- güclü streslər

- bəzi viruslar

- D vitaminin çatışmazlığı

Xəstəliyin vaxtında aşkar olunması çox vacibdir. Müasir preparatların köməyi ilə sinir hüceyrələrinin məhv olunması prosesini xeyli ləngitmək mümkündür. Yayılmış skleroz tam müalicə olunmur, lakin müalicənin köməyi ilə xəstəliyin simptomlarını azaltmaq mümkündür.

Yayılmış sklerozun diaqnozu MRT əsasında qoyulur. Şəkildə çapıq sahələri aydın görünür.


Etiketlər:  Dağılmış skleroz CAVANLAR XƏSTƏLİYİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ