Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DÇ-1954-ün son yadigarı da dünyasını dəyişdi

DÇ-1954-ün son yadigarı da dünyasını dəyişdi

Tarix: 4 Dekabr 2021 08:50

Futbol üzrə Almaniya millisinin sabiq yarımmüdafiəçisi Horst Ekkel dünyasını dəyişib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, veteran yarımmüdafiəçi 89 yaşında vəfat edib.

Horst Ekkel futbolçu karyerası ərzində "Kayzerslautern" (1949-1960) və "Röxlinq" (1960-1966) klublarının formasını geyinib. O, 1951-ci və 1953-cü illərdə "Kayzerslautern"in heyətində Almaniya çempionu olub.

Ekkel 1952-1958-ci illər aralığında Almaniya yığmasında da oynayıb. O, 1954-cü ildə İsveçrədə keçirilmiş dünya çempionatında qızıl medallar qazanmış yığmanın sonuncu yaşayan üzvü idi.


Etiketlər:  1954 yadigarı dünyasını dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ