Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Silikon qolla vaksinasiyaya gəlib

Silikon qolla vaksinasiyaya gəlib

Tarix: 4 Dekabr 2021 10:56

İtaliyanın Pyemont bölgəsində əlli yaşlı kişi tibb işçilərini aldatmaq qərarına gəlib.

O, silikon qoluna koronavirus peyvəndi vurdurmağa çalışıb.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Alberto Çirio məlumat verib.

Onun sözlərinə görə, italiyalı silikon deltoid əzələ ilə ilk koronavirus peyvəndini qəbul etmək üçün vaksinasiya məntəqəsinə gəlib. Süni qolun həqiqi qola oxşarlığına baxmayaraq, feldşer əzələdən şübhələnib və vətəndaşdan təkcə ciyinə yaxın hissəni deyil, bütün qolunu nümayiş etməsini xahiş edib.

Hər şey məlum olduqdan sonra kişi həkimdən buna göz yummasını və vaksini süni qola vurmasını rica edib. Həkim isə öz növbəsində polisə xəbər verərək, vətəndaşın məntəqədən uzaqlaşdırılmasına nail olub.


Etiketlər:  Silikon qolla vaksinasiyaya gəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ