Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2021 13:14
Amerikanın İllinoys ştatının Çikaqo şəhərindəki dövlət məktəbləri oğlan və qızlar üçün tualetləri ləğv edəcək, bunun əvəzində "uşaqların gender kimliyinə uyğun gələn" tualetlər yaradacaq.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Çikaqo Dövlət Məktəblərinin ("Chicago Public Schools") "Twitter hesabında məlumat verilir.
Bundan əlavə, məktəblərdə əllərin yuyulması üçün "gender-neytral ərazi" yaradılacaq. Çikaqo dövlət məktəbləri assosiasiyasının nümayəndələrinin sözlərinə görə, bu, gender bərabərliyinə hörmət naminə və uşaqların təhlükəsizliyi üçün edilir.
Eyni zamanda, məktəblərdə işçilər üçün tualetlər ayrı olacaq.