Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Real”ının futbolçusu “Qalatasaray”a keçə bilər

“Real”ının futbolçusu “Qalatasaray”a keçə bilər

Tarix: 4 Dekabr 2021 14:54

İspaniya "Real"ının futbolçusu Luka Yoviç karyerasını Türkiyədə davam etdirə bilər.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, 63 milyon avroya transfer olunan, lakin ümidləri doğrultmayan serbiyalı hücumçu "Qalatasaray"ın hədəfindədir.

Qış transfer pəncərəsində hücumçu almağı planlaşdıran İstanbul klubu Lukanı heyətinə qatmaq niyyətindədir. 23 yaşlı forvard artıq instaqramda da "Qalatasaray"ın səhifəsini izləməyə başlayıb.

Qeyd edək ki, cari mövsüm La Liqada 71, Çempionlar Liqasında 35 dəqiqə şans qazanan Yoviç qola həsrətdir.

Milli.Az


Etiketlər:  Realının futbolçusu Qalatasaraya keçə bilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR